17 C
Baku
10 İyun 2025, 9:15
Baş xəbər

Azərbaycan ilə Ermənistan arasında delimitasiya üzrə komissiyaların dördüncü görüşü keçirildi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü olub.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Mənbə: Azərtac

Kəmalə Sultan

Oxşar xəbərlər

iPhone 15-in kütləvi istehsalına başlanılıb

Aynur Camal

Fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxs saxlanıldı

Nigar Məmmədova

Flappy Bird geri döndü: 10 ildən sonra Android üçün yenidən buraxıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu