24 C
Baku
12 Oktyabr 2025, 17:10
Baş xəbərİqtisadiyyat

“Azərbaycan investisiyalar üçün cəlbedici məkana çevrilib”

Azərbaycan Respublikası baş nazirinin müavini Samir Şərifov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bunları deyib: “Dünya Bankının biznes mühiti üzrə apardığı qiymətləndirmələrdə, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin hesabatlarında ölkəmizin mövqeyi yüksəlib. Yaxın vaxtlarda Azərbaycanın kredit reytinqi “S&P” və “Fitch” tərəfindən investisiya səviyyəsinə qaldırılıb. Qeyd edim ki, “Moody’s” agentliyinin verdiyi reytinq isə ölkəmizin müraciəti olmadan, könüllü şəkildə təqdim olunub. Bu da Azərbaycanın investisiyalar üçün cəlbedici məkana çevrildiyinin göstəricisidir”.

Bu barədə öz sosial media hesabında məlumat paylaşan fəlsəfə doktoru, siyasi ekspert Zaur Əliyev həmçinin bildirib ki, tədqiqatçı-ekspert Osman Gündüzün araşdırması isə yuxarıda deyilən Samir Şərifovun sözlərini alt-üst edir:

“Qlobal İnnovasiya İndeksi”ndə investisiya sahəsində acı reallıq- 14 pillə geriləmişik. Qlobal İnnovasiya İndeksi 2025”-in nəticələri göstərir ki, Azərbaycanda startap ekosistemin investisiya göstəriciləri iflic vəziyyətindədir.

“Investment” bloku üzrə ümumi nəticəmiz ötən illə müqayisədə 110-cu yerdən 124-ə yuvarlanıb.

İndeksin vençur kapital üzrə bütün subindekslərində “0” bal toplamışıq və 139 ölkə arasında ən axırlardayıq. Xatırladıram ki, həqiqətən də Azərbaycanın innovasiya və startap ekosistemində real investisiya mühiti, maliyyə bazarı yoxdur. Düşünürəm ki “Qlobal İnnovasiya İndeksi 2025”-in “İnvestisiya” bölməsi üzrə, xüsusən də vençur sahəsində ölkəmzidəki utancverici vəziyyətlə bağlı göstəriciləri təəssüf ki reallığı əks etdirir. “Qlobal İnnovasiyalar İndeksi 2025” hesabatında region ölkələrinin innovasiyanın inkişafı üzrə sıralaması aşağıdakı kimi olub :

1. Türkiyə 43-cü yer

2. Gürcüstan 56-ci yer

3. Ermənistan 59-cu yer (+4)

4. Rusiya 60-cı yer (-1)

5. Ukrayna 66-cı yer

6. İran 70-ci yer

7. Özbəkistan 79-cu yer (+4)

8. Qazaxıstan 81-ci yer

9. Belarus 85-ci yer

10. Azərbaycan 94-cü yer (+1)

11. Qırğızıstan 96-cu yer (+3)

12. Tacikistan 108-ci yer

Hesabatdan görünən odur ki, yenə də sektora yatırımlar çox qoyulsa da nəticələr çox zəif olub. Yəni əldə olunan nəticələr potensial imkanlarımıza uyğun deyil. Reytinq cədvəlində 95-ci yerdə oturuşan Azərbaycanın yanındakı ölkələrin adlarına baxanda bir daha bunun şahidi oluruq.”

Aynur Camal

Oxşar xəbərlər

İbtidai məktəbə silahlı hücum: 8 nəfər öldü

Aynur Camal

İstanbula güclü qar yağıb: 170 reys ləğv edilib – FOTO

Aynur Camal

“Bugun.tv” -nin əməkdaşları sorğu keçirdi- VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu