Bugun.tv xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyində xarici dövlətlərin akreditasiyadan keçmiş hərbi attaşelərinin iştirakı ilə 2025-ci ilin nəticələrinə dair görüş keçirilib.
Tədbirdə beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində ilin mühüm döyüş koordinasiyaları, qarşılıqlı fəaliyyət istiqamətləri və təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşdə 28 ölkədən 41 hərbi attaşe iştirak edib və qarşılıqlı maraq doğuran əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Bu görüşün keçirilməsinin məqsədi Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq tədbirlərdə rolunun gücləndirilməsi, tərəfdaş ölkələrlə təhlükəsizlik və müdafiə sahəsində əlaqələrin daha da dərinləşdirilməsi kimi göstərilir.
Mənbə: Müdafiə Nazirliyi
