5 C
Baku
14 Dekabr 2024, 5:47
Baş xəbərMədəniyyət

Azərbaycan musiqisinin sədaları Avstriyada kilsədən eşidildi

Bugün.tv xəbər verir ki, bu barədə  “Report”a Avstriya Azərbaycanlıları Cəmiyyətindən bildirilib.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Vyanada fəaliyyət göstərən ”Culture Meeting Point” təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə Vyanada akkreditasiya olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

“Azad Şuşa” adlı konsert Avstriya Respublikasının paytaxtı Vyana şəhərində yerləşən, şəhərin ən qədim kilisəsi olan Müqəddəs Peter kilsəsində “Şuşa İli” və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə keçirilib.

Konsert öncəsi çıxış edən “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova 2022-ci ilin Azərbaycanda “Şuşa İli“ elan olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ölkə mədəniyyətinin inkişafında misilsiz rol oynayıb. Dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Niyazi, Bülbül, Xan Şuşinski və digər tanınmış şəxsiyyətləri Azərbaycan musiqi mədəniyyətinə bəxş edib.

O, nəzərə çatdırıb ki, orqan konserti Şərqlə Qərb arasında musiqi körpüsü xarakteri daşıyır.

Sonra ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberq çıxış edib. Tanınmış musiqiçinin ifasında Azərbaycan və alman bəstəkarları Qara Qarayev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Yohann Ernst Eberlin, Georq Mufat və Yozef Rennerin əsərləri təqdim olunub.

Aynur Camal

Oxşar xəbərlər

Hərəm-i İbrahim məscidi müsəlmanların üzünə bağlandı

Aynur Camal

CinemaPlus-da “Əyləncəli səyahət”adlı macəralı komediya

Nigar Məmmədova

Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu