20 C
Baku
28 İyun 2025, 2:04
Baş xəbərSiyasət

“Azərbaycan məhəlləsi”nin təntənəli açılışı qürur mənbəyimizdi”

“Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin təntənəli açılışı hər bir azərbaycanlının və türkün qəlbində iftixar və qürur hissi doğurur. 2023-cü ilin fevralında baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycanın göstərdiyi qardaş dəstəyi bu gün real bir yaşayış məkanına çevrilərək tarixə yazıldı”.

Bugun.tv xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat həmçinin fəlakətin ilk günlərində bir sıra həmkar millət vəkillərimizlə birlikdə Kahramanmaraşda olduğunu vurğulayıb və deyib: “O zaman Zəlzələnin ağır nəticələrini yerində görmüş və xalqımız adından başsağlığı vermişdim. Həmin günlərdə insanların yaşadığı dərdləri, itkiləri, acıları birbaşa görərək, bu xalqın necə böyük iradəyə sahib olduğuna bir daha şahid olmuşduq.

Bu gün həmin bölgədə “Azərbaycan məhəlləsi” kimi bir layihənin reallığa çevrilməsi, cənab Prezident İlham Əliyevin və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışın gerçəkləşməsi bir daha sübut edir ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə diplomatik müstəvi ilə məhdudlaşmır – bu münasibətlər qardaşlıq, mənəviyyat və həmrəylik üzərində qurulub.

Azərbaycan Respublikası Dövlət Mənzil-Tikinti Agentliyi tərəfindən həyata keçirilən bu layihə bir yaşayış məntəqəsindən daha artıq anlam daşıyır – bu, dostluğun, mərhəmətin və bir millətin digər millətə dayaq olmasının simvoludur.

“Azərbaycan məhəlləsi”ndə yalnız evlər deyil, eyni zamanda mədəniyyət mərkəzləri, ticarət obyektləri də inşa olunub. Bu, bizim niyyətimizin təkcə zəruri yaşayış deyil, həm də layiqli və xoş bir həyat təmin etmək olduğunu göstərir.

Cənab Prezident İlham Əliyevin açılışda səsləndirdiyi fikirlər – “biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq” – əslində bu tarixi münasibətlərin mahiyyətini qısa və çox dolğun şəkildə ifadə edir.

Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu layihə bir daha göstərdi ki, biz eyni ağrını bölüşür, eyni ümidlərlə birgə addımlayırıq.

Bu münasibətlə “Azərbaycan məhəlləsi”nin sakinlərinə rifah, əmin-amanlıq və xoşbəxtlik arzulayıram. Bu nəcib təşəbbüsün reallaşmasında əməyi keçən hər kəsə – başda dövlət başçılarımız olmaqla – təşəkkür edirəm. Bu qardaşlıq daha da möhkəmlənəcək və gələcək nəsillərə örnək olacaq.

Hörmətlə, Fatma Yıldırım Azərbaycan Respublikası Milli Məclisinin deputatı“.

Aynur Camal

Oxşar xəbərlər

Onlar lotereya vədi ilə 72 nəfəri 830 min lirə aldadıblar

İntizar Əmirova

Budapeştin Qəhrəmanlar Meydanında Cümhuriyyətin 100 illiyi qeyd edildi

Bugün TV

Çexiyadan Putini qəzəbləndirəcək addım! Rusiya pulu ilə Ukraynaya silah alacaqlar!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu