Novruz bayramı münasibətilə Polşanın bir sıra şəhərlərində, o cümlədən paytaxt Varşavada Azərbaycan mətbəxi nümayiş etdirilib.
Polşa Azərbaycanlıları Şurasının təşkil etdiyi kulinariya sərgisində Azərbaycanın müxtəlif bölgələrinin, o cümlədən Qarabağın ənənəvi yeməkləri nümayiş olunub.
Onun sədri Fərid Cəfərov bildirib ki, kulinariya sərgisində polyaklarla yanaşı, xarici turistlər, o cümlədən 300-dən çox azərbaycanlı da iştirak edib.
Cəfərovun sözlərinə görə, şura üzvləri sərgidə iştirak edən qonaqlara bukletlər paylayıb, Azərbaycanın mədəniyyət və tarixi abidələri haqqında məlumat veriblər. Mənbə: Report