17 C
Baku
10 İyun 2025, 6:02
Baş xəbərSosial

Azərbaycan Ordusunda ağacəkmə aksiyaları keçirilib

Bugun.tv-i xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Azərbaycan Ordusunda keçirilən tədbirlər planına əsasən fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin məlumatına əsasən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin idarə və hərbi hissələrində ağacəkmə aksiyaları keçirilib.

Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar əkilib.

Aynur Camal

Oxşar xəbərlər

Seysmik tədqiqatlarla bağlı konfrans keçiriləcək

Aynur Camal

Avtomobil ilə cip toqquşdu: 7 yaralı var

Bugün TV

51 məktəb şagirdi qaz sızması səbəbindən xəstəxanaya yerləşdirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu