Baş xəbər

Azərbaycan Polisinin 108 illiyi qeyd olundu

Bugun.tv xəbər verir ki, Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Daha sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların uyuduğu Şəhidlər xiyabanı ziyarət edilib.

Azərbaycan Polisi, Polis Günü, Vilayət Eyvazov, Daxili İşlər Nazirliyi, Polis Akademiyası, Azərbaycan Polisinin 108 illiyi, İlham Əliyev, Heydər Əliyev, Şəhidlər xiyabanı, Fəxri xiyaban, polis məzunları, daxili işlər orqanları, Böyük Qayıdış, ictimai asayiş, təhlükəsizlik,Daxili İşlər Nazirliyinin Polis Akademiyasında isə “Polis Günü”nə və 2025–2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş və xidməti vəzifələrini yerinə yetirərkən həyatını itirmiş polis əməkdaşlarının xatirəsi yad edilib.

Peşə bayramı münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdıran daxili işlər naziri Vilayət Eyvazov Azərbaycan polisinin ötən 108 ildə keçdiyi şərəfli xidmət yolundan, formalaşdırdığı ənənələrdən və daxili işlər orqanlarının inkişafı istiqamətində görülən işlərdən danışıb.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Daxili İşlər Nazirliyində müasir maddi-texniki baza yaradılıb, struktur islahatları həyata keçirilib, şəxsi heyətin sosial müdafiəsi gücləndirilib və peşə hazırlığının artırılması istiqamətində sistemli tədbirlər görülüb.

Vilayət Eyvazov vətəndaş müraciətlərinə həssas yanaşılmasının, qanunçuluğun qorunmasının, etik davranış qaydalarına riayət edilməsinin vacibliyini qeyd edərək, xidmətdə dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin önəmini diqqətə çatdırıb.

Tədbirdə bildirilib ki, polis orqanları cinayətkarlığa, o cümlədən transmilli cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini yüksək səviyyədə həyata keçirir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramının uğurla icrası üçün polis orqanlarının və Daxili Qoşunların fəaliyyəti mövcud şəraitə uyğunlaşdırılıb, həmin ərazilərdə təhlükəsizlik və asayiş etibarlı şəkildə təmin olunur.

Mərasimdə cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılması, hüquqpozmaların profilaktikasının daha da gücləndirilməsi və xalqa xidmət funksiyalarının təkmilləşdirilməsinin əsas vəzifələrdən olduğu vurğulanıb.

Daxili işlər naziri daxili işlər orqanlarının fəaliyyətinə dəstək göstərən vətəndaşlara, veteranlara, dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına və media nümayəndələrinə təşəkkürünü bildirib.

Vilayət Eyvazov mərasim iştirakçıları adından Prezident İlham Əliyevi əmin edib ki, daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa sədaqətlə xidmət edəcək.

Tədbirdə Polis Akademiyasını baş leytenant rütbəsi ilə fərqlənmə diplomu ilə bitirən məzunlara diplomlar təqdim olunub.

Təntənəli mərasim şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Aynur Camal

Oxşar xəbərlər

Yazgül Abdiyeva: Yeni dərs vəsaiti oftalmologiya sahəsində mütəxəssislər üçün faydalı mənbə olacaq

Aynur Camal

Dünyanın ən bahalı məktubu 5 milyon dollardan çox qiymətləndirilir – səbəb isə içində yazılanlar deyil

Aynur Camal

Azərbaycanlı mütəxəssislər Çində keçirilən “Jetour” təlimini uğurla başa vurdular

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu