10 C
Baku
12 Dekabr 2024, 14:30
Siyasət

Azərbaycan Prezidenti Ermənistanın 29 min kvadrat kilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

“Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan indi özü üçün yeni ağa axtarışındadır. Bunun heç bir xeyri olmayacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.

“Ermənistanın 29 min kvadrat kilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır”, – deyən dövlətimizin başçısı qeyd edib ki, ancaq o təqdirdə onlar 29 min kvadrat kilometr ərazidə, – hansı ki, indi onlar ancaq bunu istəyirlər, – rahat yaşaya bilərlər.

Nigar Məmmədova

Oxşar xəbərlər

KİV: ABŞ Yaxın Şərqə əlavə 20-25 qırıcı göndərəcək

Bugün TV

ABŞ: “Biz İranın nüvə proqramını ləngitməsini alqışlayırıq”

Bugün TV

Kabildə məscidin partlaması nəticəsində ölənlərin sayı 21-ə çatıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu