15 C
Baku
24 Oktyabr 2025, 4:57
Baş xəbər

Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”

“Dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək”.

Bugun.tv AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Dərəyə düşən şəxs dünyasını dəyişdi

Aynur Camal

Samir Aliyev kimdir? – Videobloggeri yaxından tanıyaq

Bugün TV

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu