3 C
Baku
14 Dekabr 2025, 14:39
Baş xəbər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb.

Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub.

Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.

Mənbə:Azərtac

Bugün TV

Oxşar xəbərlər

Sayrışan işıqlarla oğrulara qarşı əməliyyat keçirildi

Bugün TV

İlham Əliyev-Azərbaycan xalqının LİDERİ

Bugün TV

Bakı şəhər DYPİ paytaxtda yük avtomobillərinin hərəkəti ilə bağlı məsələlərə münasibət bildirdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu