17 C
Baku
10 İyun 2025, 4:50
Baş xəbərSosial

Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın iclası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bugun.tv-yə daxil olan məlumata görə, Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclasının keçirilməsi nəzərdə tutulur.

Bu barədə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soarenin görüşündə bildirilib.

Görüşdə Azərbaycan və Rumıniya əlaqələrinin daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Ötən dövrdə ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət edən 61 sənədin imzalandığı bildirilib. İqtisadi əlaqələrin inkişaf etməkdə olmasının növbəti göstəricisi kimi, ötən il də iki ölkə arasında ticarət dövriyyəsində 2,4 dəfə artımın qeydə alındığı bildirilib.

Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən fəaliyyətindən bəhs olunub.

İkitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb, hökumətlərarası Müştərək Komissiyanın Buxarestdə keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub.

Aynur Camal

Oxşar xəbərlər

Kanada işğal rejiminə 30 silah satışı lisenziyasını dayandırıb

Aynur Camal

Vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

Müəllimlər bir neçə saata öz saytlarını yarada bilərlər – TƏLİMAT

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu