21 C
Baku
27 İyun 2025, 23:12
Baş xəbərMədəniyyət

Azərbaycan teatr və kino aktyoru Fazil Salayevin anım günüdür

“Azərbaycan teatr və kino aktyoru Fazil İdris oğlu Salayev (1 sentyabr 1931– 20 iyun 1978) anım günüdür.

1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki “Qırçı Məhəmməd” rolu onun aktyor kimi məşhurlaşmasında mühüm rol oynayıb”

Bugun.tv xəbər verir ki, aktyor haqqında ekspert, jurnalist Etibar Əliyev öz Facebook səhifəsində məlumat verib.

O qeyd edir ki, Fazil Salayevin sənət yolu nisbətən qısa olsa da, o, yaratdığı obrazlar, güclü mimikası və ifadəli yumor hissi ilə Azərbaycan tamaşaçılarının yaddaşında qalıcı iz qoymuşdur. Onun iştirak etdiyi filmlər zaman keçdikcə dəyərini qoruyub saxlamış və bu gün də maraqla izlənilməkdədir.

“Molla Cəbi” televiziya tamaşasında Əliağa Ağayevlə Fazil Salayevin məşhur duetini Azərbaycanda izləməyən az adam tapılar. Hər 2 aktyorun virtuoz ifası sayəsində ənənəvi mövzuda qurulmuş bu oyun aktyorluq sənəti dərsliklərinə daxil ediləsi bir səviyyədə klassik nümunəyə çevrilib.

Hiyləğər, bic, fırıldaqçı Molla Cəbi sadəlövh, küt, bir az da ağıldan kəm Əlicanı tədricən yox, elə tanışlığın əvvəlində kəşf etməli idi. Çünki əsərin dramaturji quruluşu, hadisələrin sonrakı inkişafı bunu tələb edir. Bütün süjet boyu Molla Əlicanın qanmazlığı, kütlüyü ilə dialoqa girir, onunla sözün həm birbaşa, həm də məcazi mənasında oynayır, binəvanı müflis edib, necə deyərlər, “ikimərtəbəli” ölümə göndərir.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər okeanda plastikləri parçalaya bilən göbələklər aşkar ediblər

Aynur Camal

İskəndərun limanında 45 milyon ton yük daşındı

Könül Kərimova

Əliyevin KKTC-yə dəstək mesajı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu