Siyasət

Azərbaycan və Fransa prezidentlərinin telefon danışığı olub, Praqa görüşünün nəticələri müzakirə edilib

Noyabrın 12-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bugun.tv  xəbər verir ki, Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.

Bugün TV

Oxşar xəbərlər

CNN: ABŞ və İran razılaşmasından bir həftə sonra tərəflərin əsas qazancı nədir?

Aynur Camal

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Aynur Camal

Krımda məhdudiyyətlər sərtləşdirildi: Putin Ukrayna dronlarının “böyük axınını” etiraf etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu