23 C
Baku
10 İyun 2025, 0:46
Baş xəbərSiyasət

Azərbaycan XİN-i Ermənistana cavab verdi

“Biz etnik təmizləmə siyasətinin qurbanı olmuş qərbi azərbaycanlıların öz vətənlərinə qayıtmasının başlamasına dözə bilməyən Ermənistanı regionda formalaşmış reallığı tanımağa, sülh əldə etmək imkanlarını itirməməyə çağırırıq”.

Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin Ermənistanın Xarici İşlər Nazirliyinin dünənki bəyanatını şərh edən məlumatda bildirilib.

“Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı, qərbi azərbaycanlıların geri qayıtmasına mane olmaq siyasətindən əl çəkmədiyini nümayiş etdirir. Nikol Paşinyanın ritorikası və hərəkətləri göstərir ki, İrəvan sülh üçün bu tarixi şansdan yenə də yararlanmaq istəmir. Ermənistan üçtərəfli razılaşmanı pozaraq,  silahlı qüvvələrini Azərbaycanın suveren ərazisindən tam olaraq çıxarmır”,- şərhdə deyilir.

“Biz bir daha Ermənistanı məsuliyyətli davranış nümayiş etdirməyə, 44 günlük müharibədən sonra yaranmış sülhün əldə olunması imkanlarına xələl gətirən təxribat və bəyanatlardan, yalançı ritorikadan imtina etməyə çağırırıq”, – XİN-dən bildirilib.

Qeyd edək ki, şənbə günü Ermənistan Xarici İşlər Nazirliyi rəsmi Bakını “İrəvana qarşı yeni təcavüz planı hazırlamaqda” və “Dağlıq Qarabağ ərazilərində erməni izlərini aradan qaldırmaq məqsədilə azərbaycanlıların köçürülməsi proqramını həyata keçirməkdə” ittiham edən bəyanat yayıb.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

O, səfərbərlikdən qaçırdı: Onu hərbi xidmətə qəbulda ölü tapdılar

Aynur Camal

Ukraynalı uşaqların Azərbaycan Milli Xalça Müzeyinə ekskursiyası təşkil edilib

Aynur Camal

Soyğunçuluq edən şəxsi polis cinayət başında yaxalandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu