34 C
Baku
27 İyul 2025, 16:45
Baş xəbərSiyasət

“Azərbaycan yeni qlobal nizamın ədalət mərkəzinə çevrilir – Şuşa Forumunun anlamı”

“III Şuşa Qlobal Media Forumu Azərbaycanın zəfər savaşından sonra bölgədə yaratdığı yeni geopolitik durumun daha bir təzahürü idi. Forumu önəmli edən ən mühüm amillərdən biri bu Forumun post-müharibə dövründə Azərbaycan həqiqətlərini təbliğ etməsi, bu həqiqətləri bütün dünyanın diqqətinə çatdırmasıdır.

Forumda iştirak edən Prezident İlham Əliyevin çıxışı, onun müxtəlif ölkələrdən olan jurnalistlərin suallarına verdiyi cavabları Azərbaycanın həm daxili, həm də xarici siaysətini, bu siyasətin əsas prioritetlərini aydın və qətiyətli bir dillə bütün dünyanın diqqətinə çatdırdı”.

Bugun.tv-xəbər verir ki, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı öz sosial media hesabında mövzu ilə bağlı şərhini paylaşıb.

Millət vəkili qeyd edib ki, forum iştirakçılarının çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyev öncə diqqəti Qlobal Media Forumunun ənənə halını almasına yönəldərək bildirdi ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir.

Millət vəkili Tənzilə Rüstəmxanlı 

Aynur Camal

Oxşar xəbərlər

Casio müasir xüsusiyyətlərə malik “qızıl” saatını təqdim etdi

Aynur Camal

Beynəlxalq ictimaiyyət Qarabağın işğalına qarşı heç bir addım atmayıb

Bugün TV

İsveçdə məktəblərdə smartfonlar qadağan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu