22 C
Baku
8 Sentyabr 2025, 22:27
Baş xəbər

Azərbaycan-Yəmən mədəni əlaqələri müzakirə olundu

Mədəniyyət naziri Adil Kərimli bu gün Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiq ilə görüşüb.

Diplomatı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona işlərində uğurlar arzulayıb. Deyib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycan müsəlman ölkələri ilə əməkdaşlığa önəm verir.

  Qeyd olunub ki, mədəniyyət xalqlar arasında körpülər qurmaq üçün əhəmiyyətli vasitədir. Azərbaycan ilə Yəmən arasında mədəni əməkdaşlığın qurulması üçün hüquqi baza yaradılmalıdır. Azərbaycan tərəfi bu istiqamətdə addım atmağa hazırdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Məhəmməd Saleh Əhməd Turiq ölkəmizdə diplomat kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. O, fəaliyyəti dövründə iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin qurulması üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı yəmənli gənclərin Azərbaycanda incəsənət üzrə təhsil alması, kitabxana, muzey, mədəni irsin qorunması və s. sahələrdə təcrübə qazanması ilə bağı fikir mübadiləsi aparılıb.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna: “Rusiya ordusu raket hücumları həyata keçirib”

Bugün TV

Prezidenti Türkmənistanlı həmkarını təbrik edib

Aynur Camal

Çətənə kolları yetişdirən rayon sakini saxlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu