6 C
Baku
24 Fevral 2026, 13:03
DünyaSiyasət

Azərbaycana gələn turistlərin coğrafi tərkibində dəyişiklik yaranır

Avropadan axın artır, MDB və Körfəz ölkələrindən azalma müşahidə olunur

Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda nəzərəçarpan dəyişikliklər baş verib. İqtisadçı deputat Vüqar Bayramov açıqlamasına görə, bu ilin ilk 10 ayında Avropa İttifaqından gələn turistlərin sayı 7,9 faiz artıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 8,2 faiz azalıb. Ümumilikdə həmin dövrdə Azərbaycana səfər edənlərin sayı 1,7 faiz azalaraq 2 milyon 171 min nəfər təşkil edib.

Statistikaya əsasən, ölkəyə gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail və 2,3 faizi Özbəkistan vətəndaşlarıdır. Həmçinin 1,6 faiz BƏƏ, 1,4 faiz Ukrayna, 1,2 faiz Türkmənistan, hər biri üzrə 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt vətəndaşları ölkəyə səfər edib. Turistlərin 12,9 faizini isə digər ölkələr təşkil edir.

Mütəxəssislərin fikrincə, ərəb turistlərinin sayındakı azalma əsasən alternativ bazarlara marağın artması və ölkədə turizm qiymətlərinin yüksək olması ilə bağlıdır. Avropadan gələnlərin artması isə qitədə səfər tələbatının yüksəlməsi, işgüzar səfərlərin çoxalması və regiona marağın artması ilə izah olunur. Son illər xarici vətəndaşların Azərbaycanda sağlamlıq turizminə marağının da yüksəldiyi qeyd edilir.

Qeyd olunur ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu baxımdan, Avropa və Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığın gücləndirilməsi turizm gəlirlərinin dayanıqlığının artırılması üçün vacib hesab olunur.

Mənbə: Vüqar Bayramov — Facebook səhifəsi.

Aynur Camal

Oxşar xəbərlər

Britaniya müharibənin ildönümündə Ukraynaya dəstək paketini elan edib

Aynur Camal

ABŞ ordusu Suriyanın əsas bazasından geri çəkildi

Aynur Camal

Məhəmməd Əsədullazadə: Gürcüstan və Rusiya Ermənistana təzyiq mexanizmlərini gücləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu