17 C
Baku
18 Oktyabr 2024, 9:40
Baş xəbərMədəniyyət

Azərbaycanda kiberidman turniri nümayiş olunacaq

Azərbaycanda kiberidman turniri nümayiş olunacaq.

Noyabrın 6-da “League of Legends” kiberidman Dünya Çempionatının Finalı bütün dünyada, və Azərbaycanda da canlı yayımlanacaq.

Ayın 6-da keçiriləcəyi nəzərdə tutulan “League of Legends” Dünya Çempionatının finalı “#1: One & Only.Where Champions Are Made” kiberidman turnirinin kulminasiya nöqtəsi olacaq və bütün dünyada canlı yayımlanacaq. Qeyd edilib ki, final “Park Cinema”-da böyük ekranda yayımlanacaq.

 İzləyicilər dünyanın ən yaxşı “League of Legends” oyunçularının hər hərəkətindən, strategiyasından və bacarığından həzz alacaqlar. Dünya Finalları San Fransisko, Kaliforniyadakı Chase Mərkəzindən canlı nümayiş olunacaq, buna görə də tədbir Bakı vaxtı ilə gecə yayımlanacaq.

 Unikal yayım təcrübəsindən əlavə, hər bir iştirakçı oyundaxili xüsusi “WORLDS 2022 Gaming Capsule” elementlərini (tədbirdə iştirak etmək şərtilə) almaq üçün istifadə edilə bilən fərdiləşdirilmiş promokod əldə edəcək, eləcə də Mastercard tərəfindən təşkil edilən musiqi ulduzu ilə açılış mərasimini izləyə biləcək.

*Promokodla oyunçular aşağıdakı “2022 Worlds Rewards Capsule” siyahısından təsadüfi bir element alacaqlar:

• 2022-ci il Dünya Kuboku üçün eksklüziv nişanlar və ya emosiyalardan biri (komandanın loqoları istisna olmaqla).

• Esports Capsule 2022

• Hextech sandıq və açar

Bu ilki “Worlds Rewards 2022” kapsulları elə qurulub ki, heç bir dublikat olmayacaq!

Tədbirin təfərrüatları:

Başlıq: “League of Legends” Dünya Çempionatının Finalı 2022.

Tarix: Şənbə gecəsi, noyabrın 5-dən 6-na keçən gecə, ABŞ-ın San Fransisko şəhərindən canlı yayım

Saat: Bakı vaxtı ilə 03:00

Oyun şərhləri: sorğu əsasında müəyyən olunacaq (şərhlərin dili təsdiqlənəcək)

Biletləri parkcinema.aziticket.az saytından əldə etmək olar.

Aynur Camal

Oxşar xəbərlər

“Seçkilərdə Trampla Bayden tərəfdarları arasında ciddi toqquşmalar olacaq”

Bugün TV

Türkiyə 2023-cü ildə qlobal ticarətdə rekord paya sahib oldu

Teymur Əziz

Dördtərəfli görüş başladı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu