21 C
Baku
12 Sentyabr 2025, 5:57
Dünya

Azərbaycandan yeni İran addımı: Dekabrın 15-də fəaliyyətə başlayacaq

Ötən il İranda baş verən silahlı hücumdan sonra bağlanan Azərbaycanın Tehrandakı səfirliyi dekabrın 15-də yenidən fəaliyyətə başlayacaq. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verib.

Ötən il İranda baş verən silahlı hücumdan sonra bağlanan və iyulun 15-də yenidən fəaliyyətə başlayan Azərbaycanın Tehrandakı səfirliyi ilə bağlı yeni hadisə baş verib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, dekabrın 15-dən etibarən Azərbaycan İrandakı konsulluq fəaliyyətini Tehran səfirliyinin binasında bərpa edəcək.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərov həlak olub, 2 mühafizəçi yaralanıb. Hücumdan sonra Azərbaycan hökuməti Tehran administrasiyasının adekvat təhlükəsizlik tədbirləri görmədiyini əsas gətirərək, səfirlik əməkdaşları və onların ailə üzvləri də daxil olmaqla ümumilikdə 53 nəfərin yanvarın 29-da ölkəyə qayıtması barədə qərar qəbul edib. İran Ədliyyə Nazirliyinin fevralın 5-də yaydığı bəyanatda səfirliyə hücum edən Yasin Hüseynzadənin edam cəzasına məhkum edildiyi bildirilib.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

Aİ Ukraynaya 35 milyard avro kredit verdi

Aynur Camal

İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirdi

Bugün TV

Avtomobil dərəyə aşdı: 1 nəfər öldü, 4 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu