7 C
Baku
21 Dekabr 2025, 13:09
Digər

“Azərbaycanın Avropa ilə əməkdaşlığı zərurətə çevrilir” – siyasi ekspert

“Azərbaycanın Avropa ilə əməkdaşlığı genişləndirməsi və xarici siyasətini bu istiqamətdə daha fəal qurması labüd görünür”.

Bugun.tv– xəbər verir ki, bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında şərh paylaşıb. Onun sözlərinə görə, ABŞ-ın etibarlılıq statusunu itirməsi Ukrayna və Gürcüstan nümunələrində özünü göstərib, Rusiya və Çin isə ekspansionist siyasətləri ilə region üçün real təhlükə yaradır.

Siyasi ekspert həmçinin qeyd edib ki, Avropa İttifaqı və Böyük Britaniya yeni dünya siyasi nizamında mövqelərini möhkəmləndirmək üçün ardıcıl xətt aparır. Onun fikrincə, Avropa hazırda Rusiya–Ukrayna müharibəsində ABŞ–Rusiya sövdələşməsinin qarşısını alan əsas qüvvədir. Almaniyanın 50 milyard dollardan artıq hərbi paket qəbul etməsi və digər Avropa ölkələrinin eyni qərarlar verməsi də bu siyasətin tərkib hissəsidir.

Məhəmməd Əsədullazadə bildirib ki, D.Trampın siyasətindən sonra ABŞ-ın Zəngəzur dəhlizinə marağı zəifləyə bilər və bu istiqamətdə daha fəal tərəf Avropa İttifaqı olacaq. Ekspertə görə, Böyük Britaniya–Aİ, Türkiyə–Cənubi Qafqaz–Mərkəzi Asiya xətti daha da güclənəcək, Azərbaycan isə regionda yeni siyasi nizam formalaşdıraraq Mərkəzi Asiya ölkələrinin Qərblə əlaqələrinin qurulmasında əsas körpü rolunu oynayır.

Aynur Camal

Oxşar xəbərlər

Hava limanı yandı

Bugün TV

Bakının mərkəzi yolunun bir hissəsi bağlanıb Sürücülərin nəzərinə!-XƏRİTƏ

Kəmalə Sultan

“Britaniya ədalətsiz ixracat-dumpinginə qarşı ticarət müdafiəsini gücləndirmək üçün yeni səlahiyyətlər qəbul edəcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu