20 C
Baku
9 Sentyabr 2025, 7:22
Sosial

Azərbaycanın bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınıb

Bugun.tv xəbər verir ki, “Son zəng” tədbirlərindən biri də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilib. Məktəblilərin – ibtidai və 11-ci siniflərin günlər öncə hazırladıqları çıxışlar tədbirə rəng qatıb. Onlar ürək sözlərini deyib, rəqs edib, şeir və mahnılar səsləndiriblər.

Direktor Aygün Mikayılova çıxış edərək uşaqları təbrik edib. Onlara uğurlar arzulayıb. Sonda bu ilin məzunuu olan onbirincilər rəmzi sayılan “Bilik açarı”nı  musiqinin və məktəb heyətinin alqış sədaları altında gətirərək 10-cu sinifə təhvil veriblər. Bununla da son zəng çalınıb.

Biz də Bu gün televiziyası onlaraq məzunlara gələcək həyatlarında, karyeralarında  yüksək nailiyyətlər diləyirik!

Müxbir: Aysel Şükürlü

Bugün TV

Oxşar xəbərlər

Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşüb

Aynur Camal

DİN videomüşahidə kameraları ilə bağlı məlumat yaydı

Aynur Camal

Texniki Müayinə Mərkəzlərinin iş rejmi gücləndirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu