17 C
Baku
10 İyun 2025, 9:00
Baş xəbərSiyasət

Azərbaycan-NATO hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Bugun.tv xəbər verir ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.

Baş Qərargah rəisi qonağı salamlayaraq Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.

Görüşdə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına verdiyi töhfə yüksək dəyərləndirilib, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

General-leytenant M.Oğuz ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini, o cümlədən sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığını yüksək qiymətləndirib.

Sonda NATO ilə əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivləri müzakirə edilib. Mənbə: mod.gov.az

Aynur Camal

Oxşar xəbərlər

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

Bugün TV

Bu gün İlkin Süleymanova hökm oxunacaq

Kəmalə Sultan

Müdafiə naziri Qazaxıstanda rəsmi səfərdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu