20 C
Baku
16 Oktyabr 2025, 17:12
Baş xəbərSosial

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu

Azərbaycanın ornitoloji turizm imkanları 11-14 iyul tarixlərində Birləşmiş Krallığın Rutland şəhərində keçirilən “Global Bird Fair” beynəlxalq quş müşahidəsi turizmi sərgisində təqdim olunub.

Sərgidə ziyarətçilərə Azərbaycanın ekoloji müxtəlifliyi, quş növləri, qorunan əraziləri, milli parkları və ekosistemlərinin həssas balansını qorumaq üçün görülən mühafizə tədbirləri barədə məlumat verilib.

Tədbir çərçivəsində, həmçinin bu sahədə fəaliyyət göstərən turoperatorlar, təşkilatlar və beynəlxalq ekspertlərlə əməkdaşlıq imkanları müzakirə edilib.

“Global Bird Fair” quş müşahidəsi turizmini təşviq edən və bu sahədə qlobal məlumatlılıqla əməkdaşlığı gücləndirməyə yönəlmiş illik beynəlxalq tədbirdir.

Sərgi 62 ölkə və 287 beynəlxalq şirkət nümayəndələrini bir araya gətirir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu beynəlxalq mütəxəssislər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində ekoturizmin əsas istiqamətlərindən biri kimi ornitoloji turizmin təşviqi üçün müxtəlif təşəbbüslər həyata keçirir.

Eyni zamanda bu təşəbbüslərə ixtisaslaşmış broşürlərin hazırlanması, beynəlxalq turoperatorlar, ornitoloji turizm ekpertləri üçün tanıtım səfərləri və təbiət turizmi bələdçiləri ilə sənaye nümayəndələri üçün təlim sessiyalarının təşkili daxildir.

Aynur Camal

Oxşar xəbərlər

120 gün su altında yaşadı! O, adını Ginnesin Rekordlar Kitabına yazdırdı

Aynur Camal

Millət vəkili aztəminatlı ailələrə bayram sovqatı payladı

Aynur Camal

53 qeyri-qanuni köçmən tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu