Baş xəbərMədəniyyət

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib

Bugun.tv– xəbər verir ki, görkəmli dramaturq, professor Elçin Əfəndiyev 1943-cü ildə İlyas Əfəndiyevin ailəsində Bakıda anadan olub. 1993-2018-ci illərdə Azərbaycanın Baş nazirinin müavini kimi çalışıb.

1998-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb. Bundan başqa, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenlərinə, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.

Qeyd edək ki, xalq yazıçımız 82 yaşında vəfat edib.

Mənbə: Qafqazİnfo.Az

Aynur Camal

Oxşar xəbərlər

Alimlər: çatlar artıq yeni növ iş formasıdır

Aynur Camal

Gənc ixtiraçı plastik tullantılardan yanacaq istehsal edib

Aynur Camal

Süni intellekt bir çox virusa qarşı təsirli ola biləcək yeni peyvənd hazırlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu