25 C
Baku
3 İyun 2025, 13:45
Digər

Bədənimizdəki xallar nədən xəbər verir?

Xallarla bağlı bir çox fikirlər mövcuddur. Kimisi  onun şans, kimisi də bədbəxtlik gətirdiyinə inanır. Lakin bədənin müxtəlif nayihələrində olan xallar gözəllik bəxş etdiyi kimi, təhlükə də yarada bilir. Çünki dəridəki bu ləkələr bir sıra  xoşagəlməz  xəstəliklərin xəbərçisi ola bilər.

Qədim dövrlərdə xal qadının gözəllik rəmzi hesab olunurdu. Hətta onun   xoşbəxtlik nişanəsi olduğuna inananlar da var idi. Bu səbəbdən keçmişdə müxtəlif üsullarla dəridə süni xal yaratmaq dəb halını almışdı.

Müasir dövrdə xalın estetik gözəlliyə xələl gətirdiyi düşünülür. Düzdür, onları bədəndən silmək və ya kəsib atmaq mümkündür. Lakin mütləq xalın növünü müəyyənləşdirmək lazımdır. Çünki bəzi xallar onkoloji xəstəliklərin xəbərçisi ola bilər.

Mövzu ilə bağlı dermatoloq Günay Mikayılova Bugun.tv-yə danışarkən qeyd etdi ki, xalların müxtəlif növləri var. Bəzi xallar anadangəlmə, bəzi xallar isə  Günəş şüası təsiri altında yaranır. Öncə həmin xal dermoskopiya olunmalıdır ki, onun bədxassəli və ya xoşxassəli törəmə olduğu müəyyən  olunsun. Bədxassəli törəmədirsə, o zaman həkimin tövsiyəsinə uyğun olaraq, həmin törəməni ya cərrahi yolla, ya da müxtəlif lazer krio kalqulasiya yolu ilə aradan qaldırmaq lazımdır.

Əgər xal zamanla böyüməyə başlayırsa, bu zaman cərrahi yolla götürülməsi vacibdir. Həkim məsləhəti olmadan müxtəlif dərmanlardan istifadə etmək təhlükəli ola bilər. Eyni zamanda bir çox insan xalla dəridə yaranan çilləri ayırmaqda çətinlik çəkir.

Dermatoloq deyir ki, həm törəmənin klinik görüntüsü dəyişiləcək, həm o törəmə tam olaraq götürülməyəcək. Yenidən residiflər əmələ gələcək. Əgər bu bədxassəli törəmədirsə, o zaman ciddi ziyan vurmuş ola bilərik. Yazda günəşdən qoruyucu kremi düzgün istifadə etmək lazımdır. Günəşin təsiri altında əmələ gələn səthi epidermal ləkələrlə xalları qarışdırmamalıyıq.

Uzun müddət Günəş şüalarına məruz qalmaq xalların artmasına səbəb olur. Əgər xalın olduğu nahiyədə ağrı və qaşınma olarsa, bu zaman dermatoloqa müraciət etmək lazımdır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Morozova: “10 məhbus əsirlikdən azad edildi”

Nigar Məmmədova

Molla rejimindən ermənilərə “bərpa” təklifi – Elçin Mirzəbəyli YAZIR

Nigar Məmmədova

Piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu