34 C
Baku
27 İyul 2025, 13:25
Baş xəbərHadisə

Bələdiyyə sədri barəsində inzibati protokol tərtib olundu 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Kəhrizli kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Məşhur kosmetoloq rus agenti çıxdı

Kəmalə Sultan

Narkotik alverçilərinə qarşı əməliyyat keçirildi

Bugün TV

Körpə uşağını məişət tullantılarına atan ana saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu