16 C
Baku
16 Oktyabr 2025, 20:43
Baş xəbərKriminal

Bələdiyyə sədrləri və sahibkar inzibati məsuliyyətə cəlb edildi

Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə əməliyyat-tədbirləri keçiriblər. Tədbirlər zamanı şəhər ərazisində və rayonun Susay, Alpan, Hacıhüseynli kəndləri ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə, hər üç kəndin bələdiyyə sədrləri barələrində eləcə də şəhər ərazisində obyekt sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ölkədə qeydə alınan 166 cinayət açıldı

Kəmalə Sultan

Narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 46 nəfər saxlanıldı

Kəmalə Sultan

Tikinti işləri zamanı torpaq çökdü: 3 nəfər xəsarət aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu