17 C
Baku
18 Oktyabr 2024, 8:50
Sosial

Bələdiyyə, yoxsa “jek”… Aylıq kommunal xərclər hara ödənilməlidir? 

Vətəndaşları hər zaman maraqlandıran məsələlərdən biri də mənzil puludur. Paytaxt sakinləri el arasında “ev pulu” deyilən rüsum ödəyirlər. Lakin insanları çaş-baş qoyan məsələ bunu hansı quruma ödəməli olmalarıdır. Bu pulu almaq üçün qapımızı kim döyməlidir? Bələdiyyə, yoxsa Mənzil İstismar Sahəsi? Ümumiyyətlə vətəndaşların hansı halda onlardan tələb olunan məbləği ödəməkdən imtina etmək hüququ var?

Bugun.tv-nin məlumatına görə, 2018-ci ildə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edildi. Bu qanuna əsasən, Mənzil İstismar Sahələrinin əhalidən mənzil pulu toplaması qadağan olundu. Lakin bəzi vətəndaşlar hələ də pulu Jek kimi tanıdığımız Mənzil İstismar sahələrinə ödəyirlər. Qanunvericiliyə, əsasən fiziki və hüquqi şəxslərdən əmlak vergisi alınır. Bəs, həmin məbləğ necə hesablanır?

Vəkil Rəşad Əliyevin sözlərinə görə, həm dövlət qurumu, həm yerli özünü idarəetmə orqanı olan bələdiyyələr pul tələb edirsə, həmin vəsaitin təyinatı olmalıdır. “Əgər söhbət mənzilin əmlak vergisindən gedirsə, bu halda pul  qanunvericilikdə nəzərdə tutulduğu kimi, bələdiyyələrə ödənilməlidir. Verginin hesbalanması isə əraziyə görə dəyişir. Yəni Bakı şəhəri üçün illik hər kvadrat metr üçün 40 qəpik, Abşeron, Gəncə və Sumqayıt üçün 30 qəpik, digər şəhər və rayon mərkəzləri üçün 20 qəpikdi. Rayona tabe olan şəhərlər, qəsəbələr və kəndlər üçün isə 10 qəpik nəzərdə tutulub. Vergi hesablanarkən həmin əmlakın 30 kvadrat metri qeyri-yaşayış sahəsinə çıxılır və yerdə qalan məbləğ vergiyə cəlb olunur”.

Görəsən, vətəndaşlar hansı hallarda onlardan tələb olunan məbləği ödəməkdən imtina edə bilərlər? “Əgər “jek”lər vətəndaşlardan əmlak vergisi tələb edirsə, onlar həmin pulu ödəməyə bilərlər. Ödəməni tələb edən şəxsə bildirməlidilər ki, bu səlahiyyət bələdiyyədədir və onlar həmin əmlak vergisini bu quruma  ödəyirlər. Zibilin daşınması, yaxud hər hansı başqa xidmət üçün pul yığılarsa və  vətəndaşa qəbz təqdim edilirsə, o zaman sakinlər həmin pulu ödəyə bilərlər. Əks halda, yəni göstərilməyən xidmətə görə, yaxud da ümumiyyətlə, qəbz verilmədən hansısa vəsait tələb olunursa, vətəndaşlar həmin məbləği ödəməkdən imtina edə bilərlər”.

Həyət və bina evlərində mənzil pulu, yəni əmlak vergisi bələdiyyəyə ödənilir. Həyətin abadlaşdırılması xərcləri üçün yığılan məbləğ isə mənzil istismar sahələri tərəfindən toplanır.

R.Əliyevin sözlərinə görə, çoxmərtəbəli mənzillərdə yeni tikililərlə bağlı da vətəndaşlardan bır sıra şikayətlər daxil olur. Adətən, “aylıq kommunal pulu” adı ilə hər kvadrat metrə uyğun olaraq, vəsaitlər yığılır. “Həmin o xidməti göstərən şirkətlərsə bunu binanın mühafizə xidməti, zibilin daşınması, blokun və binanın həyətinin işıqlandırılması məqsədlərlə yığıldığını deyirlər. Bu zaman orada yaşayan vətəndaşlar verdikləri vəsaitin hara xərclənməsi ilə bağlı idarəedici şirkətdən hesabat tələb edə bilərlər. Bundan başqa qanunvericiliyin tələbinə görə, sakinlər özləri yığışıb mənzil mükliyyətiçilərinin müştərək cəmiyyətini yaradıb, həmin idarəetməni özləri tərəfindən həyata keçirə bilərlər”,- vəkil əlavə edib.

 

Bugün TV

Oxşar xəbərlər

Mina hadisəsi baş verib, bir nəfər öldü  

Aynur Camal

Müdafiə naziri Qazaxıstanda rəsmi səfərdədir

Aynur Camal

BMTİP nümayəndələri layihə təşəbbüsündən faydalanan qadınların iş yerlərinə baş çəkib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu