21 C
Baku
15 Mart 2025, 12:31
Dünya

Bənd layihəsi səkkiz qunduzun sayəsində cəmi iki gündə tamamlandı

Çexiya dövləti milyonlarla dollar xərcləyərək həyata keçirməyi planlaşdırdığı layihə bürokratik maneələr üzündən illərdir dayandırılmışdı. Ancaq təbiət mühəndisləri işə başlayanda hər şey sürətlə dəyişdi.

 YEDDİ İL DAVAM EDƏN PLAN İKİ GÜNƏ HƏLL EDİLDİ

Brdı bölgəsində tikilməsi planlaşdırılan bənd üçün dövlət rəsmiləri yeddi il çalışıb. Maliyyələşdirildi, layihələr cızıldı, lakin lazımi tikinti icazələri alınmadı. Məhz hər şey çıxılmaz vəziyyətdə olanda rayonda məskunlaşan səkkiz qunduz öz təbii üsulları ilə layihəni həyata keçirib.

QUNDUZLAR BƏNDİ PULSUZ TİKİB

Çex Təbiət və Torpaq Mühafizəsi Agentliyinin rəsmilərindən olan Yaroslav Obermajer, “Qunduzlar həmişə doğru yeri seçirlər. Onların gördükləri iş bizim kağız üzərində dizayn etdiklərindən daha yaxşıdır” deyərək heyranlığını ifadə edib.

Möhkəm dişləri ilə ağacları dişləyən qunduzlar qısa müddətdə su axınına nəzarət edərək rayonda yeni gölməçə və bataqlıq yaradıblar. İnsan əli ilə tikilməsi planlaşdırılan bəndin yerinə qunduzlar tamamilə təbii materiallardan öz bəndlərini tikiblər. Üstəlik, bunun üçün nə layihə cızılıb, nə də xərc çəkilib.

30 MİLYON KRON CİBDƏ QALDI

“Ordu və su təsərrüfatı orqanları bu layihəni həyata keçirmək üçün illərdir danışıqlar aparır. Lakin qunduzlar bizdən daha sürətli hərəkət edərək dövlətə 30 milyon çex kronu (təxminən 1 milyon funt sterlinq) qənaət etdilər”, – deyə Brdy Ehtiyatlarının İdarə Heyətinin rəhbəri Bohumil Fişer bildirib.

Səlahiyyətlilər qunduzların qurduğu bəndin uzun illər davam edəcəyini və bölgədəki su ekosisteminə müsbət təsir göstərəcəyini bildirib. Xüsusilə nadir daş xərçəngkimilər, qurbağalar və bataqlıqları sevən digər canlılar üçün yeni yaşayış sahəsi yaradıldığı vurğulanıb.

Qunduzlar təbiətin ən uğurlu mühəndislərindən biri kimi tanınırlar. Tikdikləri bəndlər, içində olduqları ekosistemi yenidən formalaşdırmaqla bölgəyə həyat verir. Dünyanın ən böyük qunduz bəndi Kanadada Wood Buffalo Milli Parkında yerləşir və yeddi futbol meydançası qədərdir. O qədər böyükdür ki, hətta kosmosdan da görünə bilər.

Digər tərəfdən, ABŞ-da qunduzlar tərəfindən inşa edilən bəndlərin süni su təmizləyici qurğulardan daha təsirli olduğu müəyyən edilmişdir. Qunduzların tikdiyi strukturlar suyu təbii yolla təmizləyə və zərərli maddələri süzə bilir. Əslində, Kaliforniya 2023-cü ildə başlamış xüsusi proqramla ekosistemin bərpası üçün qunduzlardan istifadə etməyə başladı.

 QUNDUZLAR AVROPAYA QAYIDIR

Əvvəllər nəsli kəsilmək ərəfəsində olan qunduzlar Avropada öz təbii yaşayış yerlərini bərpa edirlər. İngiltərədə 400 ildən sonra ilk dəfə 2015-2020-ci illər arasında Devon bölgəsində qunduzların təbiətdə çoxalmasına icazə verilib. Çexiyadakı ekspertlər də bildirirlər ki, qunduzların bölgəyə qayıtması ilə insan əli ilə dəyişdirilən təbiət öz əvvəlki vəziyyətinə qayıdır.

“Qunduzların yaratdığı bataqlıq ərazilər əsl təbiət cənnətləridir. Bu, təkcə heyvanlar üçün deyil, bütün ekosistem üçün böyük qazancdır”, – deyən ekspertlər qunduzların qurduğu bu pulsuz bəndin bölgədəki təbii tarazlığı təmin etdiyini bildirib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Hizbullahın PUA əməliyyatında iki sionist əsgər həlak oldu

Kəmalə Sultan

Bella Hadidin Fransız lüks moda markası üçün eksklüziv pozaları

Nigar Məmmədova

Prezident vətəndaşlarla birlikdə namaz qıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu