20 C
Baku
17 İyun 2025, 0:49
DünyaSiyasət

“Bəs İran-israil müharibəsinin başlanması Azərbaycana nə vəd edir?”

“İsrailin İrana qarşı nöqtəli zərbələrin ardınca baş verəcək hadisələr dünyanın diqqət mərkəzindədir. Bölgədə yeni müharibə ocağının alovlanması müzakirə mövzusudur.

Bəs İran-israil müharibəsinin başlanması Azərbaycana nə vəd edir?”.

Bugun.tv xəbər verir ki, bununla bağlı fikirlərini bildirən millət vəkili Tənzilə Rüstəmxanlı qeyd edib ki, İran – İsrail arasındakı müharibə tək bu iki ölkə ilə yekunlaşmaz: “Hər iki ölkənin yaxın müttəfiqləri var. İsrail ABŞ başda olmaqla Qərb dünyasına ümid edir. İranın isə nəzarətində olan xeyli sayda silahlı qruplar var. Əgər müharibə olarsa həmin dövlətlərin və qrupların da müharibəyə qoşulacağı şübhəsizdir. Bu isə çox böyük bir toqquşmaya səbəb ola bilər.

Uzun illər müharibədən əziyyət çəkən bir ölkə, xalq olaraq əlbəttə ki, biz qonşuluğumuzda belə bir hadisənin olmasını istəmirik. Bu bölgədə böyük qaçqın ordusunun yaranmasına, silahlı qrupların daha da güclənməsinə səbəb olacaq. Bu region ölkələri, xüsusilə də Azərbaycan üçün yaxşı hal deyil. Gözümüzün qarşısında İraq, Liviya və Suriya nümunəsi var.

Müharibənin başlaması ehtimalı Azərbaycanın da maraqlarına əsla cavab vermir.

İran Azərbaycanın qonşusu və iqtisadi layihələrdə tərəfdaşıdır. Azərbaycanın İsraillə də bəlli əlaqələri var, neft satıb, silah alırıq. Ona görə də tərəfdaşlarımız arasındakı gərginliyin ən çox Azərbaycana mənfi təsirləri olacaq. Ən başlıcası münaqişə tərəflərinindən birinin ərazisində on milyonlarla soydaşımız yaşayır. Müharibə isə ən çox insan təlafatı ilə faciəvidir. Biz ən yaxın vaxtda gərginliyin aradan qaldırılaraq problemin diplomatik qaydada həll olunması ümid edirik”.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya “böyük hücuma” hazırlaşır: “Rusiya qoşunlarının sayı durmadan artır… Ukrayna xətləri qırıla bilər”

Aynur Camal

Təl-Əviv məhkəməsi “Əl-Cəzirə”yə qoyulan qadağanı daha 45 gün uzatdı

Sevinc Sadıqova

Çin iqlim dəyişikliyi ilə mübarizədə Sakit okean ada ölkələrinə qeyd-şərtsiz dəstək vəd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu