Mədəniyyət

Bəyənmirik

Bizim başqa millətlərdən fərqimiz ondadır ki, biz heç nəyi bəyənmirik. Alimlərimiz “Nobel” mükafatını bəyənmədikləri kimi, futbolçularımız da Dünya Kubokunu bəyənmirlər. Mən hələ kinomatoqrafçılarımızı demirəm, “Oskar” mükafatının adı gələndə ağızlarını büzürlər. Fransızlara gülürük ki, Eyfel qülləsini dəmirdən qayırıblar. Yaponlara qulp qoyuruq ki, dəqiqədən bir avtomobil buraxırlar. İtalyanlıları ələ salırıq ki, uzun makaron yeyirlər. Şotlandlara gülürük ki, başlarına kişi papağı qoyub, əyinlərinə arvad tumanı geyirlər. Rusları bəyənmirik ki, arağı arvadlarından çox istəyirlər . Ərəbləri bəyənmirik ki, bütün günü ayaqyalın gəzirlər. Ərəb nədir, corab nədir?! Ìş o yerə çatıb ki, dünyaya demokratiya toxumu səpən amerikalıları da bəyənmirik. Bütün bunlara bir təhər dözmək olar. Bəla orasındadır ki, biz özümüz özümüzü də bəyənmirik.

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Yarımçıq qalmış” tamaşa layihəsi uğurla başa çatdı

Aynur Camal

“Əlində gündəlik əşyalarla gəzmək” runway trendi

Aynur Camal

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu