14 C
Baku
11 Aprel 2026, 15:50
Baş xəbərDünya

Bəy qaçdı, gəlin 20 kilometr qovaladı

Bugun.tv xəbər verir ki, Hindistanda gəlin toydan qaçan bəyi ən azı 20 kilometrlik təqibdən sonra yaxalayaraq nikah masasına əyləşdirib.

NDTV-nin xəbərinə görə, Uttar Pradeş əyalətinin Bareilly şəhərində bir cütlük 2,5 illik münasibətini evliliklə taclandırmaq istəyib.

Toy günü üçün bütün hazırlıqlar tamamlansa da, bəy orada olmayıb.

Ölkədə “mandap” kimi tanınan toy mehrabının altında ənənəvi toy geyimində gözləyən gəlin bəyə zəng edərək onun harada olduğunu soruşub. Bəydən “Anamı toya gətirəcəm”. Cavab alan gəlin buna inanmayıb və gələcək ərinin arxasınca gedib.

Ən azı 20 kilometrlik iki saatlıq təqibdən sonra gəlin bəyi Bareilly kənarında avtobusda tapıb.

Ailələrin dəstəyi ilə Bareilly kənarındakı məbədə gətirilən bəy burada gəlinlə evlənib.

Bu arada iki ailə və ətrafdakılar gəlini “evliliyini qoruyan cəsarət”ə görə təbrik edib. Bəy isə gənc qızı ərə verəcəyini vəd etdikdən sonra “evlilik məsuliyyətlərindən qaçdığına” görə danlayıb.

Toy görüntülərində bəyin mərasimə gündəlik geyimində gəldiyi görülüb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu