14 C
Baku
22 Noyabr 2024, 3:42
Baş xəbərDünya

Bəydən gəlinə qəribə hədiyyə! Ayağının altına təxminən 600 min TL qoydu

Filippində təşkil edilən toyda bəy Filippin mədəniyyətini yaşatmaqla yanaşı, dəbdəbəli təqdimatı ilə diqqət çəkib. O, əvvəlcə uzun xalça şəklində 1 milyon peso (təxminən 17 min dollar) əskinasları gəlinin ayağına düzüb, sonra isə boyunbağı kimi boynuna taxıb. Filippində keçirilən toyda bəyin gəlinə maraqlı hədiyyəsi sosial şəbəkədə müzakirə mövzusu olub. Görüntülərdə bəyin çamadanından uzun xalça formalı əskinasları çıxararaq əvvəlcə gəlinin ayağının üstünə qoyması, sonra isə boynuna taxması görünür.

1 milyon Filippin pesosu (təxminən 17 min dollar) dəyərində əskinas silsiləsi toyun ən maraqlı anlarından biri olub. Video sosial şəbəkələrdə on milyonlarla baxış və milyonlarla bəyənmə toplayıb.

Filippin mədəniyyətində “pul rəqsi” kimi tanınan bu ənənə yeni evlənən cütlüklərin toy mərasimində ilk rəqsi zamanı həyata keçirilir. Ənənəyə görə, cütlər müxtəlif üsullar tətbiq edə bilərlər. Bəzi toylarda ailə üzvləri rəqs edən cütlüyə pul bağlayır, bəzilərində isə bu misalda olduğu kimi daha təmtəraqlı təqdimatlara üstünlük verilir.

Bütün dünyada sürprizlə qarşılanan bu Filippin adəti, evli cütlüklərə maddi dəstək vermənin ənənəvi yolu kimi qiymətləndirilir. Sosial şəbəkə istifadəçiləri xüsusilə pul boyunbağının uzunluğu və miqdarı ilə bağlı çoxlu şərhlər yazıblar.

Mütəxəssislər bu cür ənənələrin hər mədəniyyətdə fərqli şəkildə həyata keçirilə biləcəyini, Filippində pul rəqsinin də yerli mədəniyyətin mühüm bir parçası olduğunu bildirirlər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Səmərqənddə TDT liderlərinin şərəfinə rəsmi qəbul təşkil olunub

Nigar Məmmədova

Zəfər günün mübarək, Azərbaycan!

İntizar Əmirova

Ukraynada xüsusi hərbi əməliyyatın 344-cü günü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu