6 C
Baku
24 Fevral 2026, 23:37
Dünya

Bəzi universitetlər ilin sonunadək distant təhsilə keçdi

İranda bəzi ali təhsil müəssisələri ilin sonuna qədər dərslərin distant formatda keçiriləcəyini açıqlayıb.

İran mediasının yaydığı məlumata görə, Harezmi Universiteti və İslami Azad Universiteti məsələ ilə bağlı rəsmi bəyanat yayıb. Bildirilib ki, tədris prosesi planlaşdırılmış təqvimə uyğun davam edəcək və gecikmə olmayacaq.

Qərarın ölkədə bəzi universitetlərdə hökumət əleyhinə aksiyaların başlanmasından sonra verilməsi diqqət çəkib.

Universitetlərdə gərginlik

Ali təhsildə ikinci semestrin başlaması ilə Tehranın bir sıra universitetlərində fərqli baxışlı tələbə qrupları arasında toqquşmalar baş verib. Nəticədə bəzi tələbələr xəsarət alıb.

İranda etirazlar

Ölkədə etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayıb və qısa müddətdə digər şəhərlərə yayılıb.

8 yanvar tarixində paytaxtda aksiyalar şiddətlənib. Hakimiyyət internetə çıxışı məhdudlaşdırıb, təhlükəsizlik qüvvələri 8-9 yanvar tarixlərində etirazlara müdaxilə edərək aksiyaları dağıdıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Bilirdinizmi? Ən çox neft ixrac edən ölkə dəyişib?

Aynur Camal

Dünyanın ən böyük aviadaşıyıcısı USS Gerald Ford ABŞ-ın Kritdəki bazasına çatıb

Aynur Camal

ABŞ-ın tarif qərarından sonra Aİ cavab tədbirləri barədə xəbərdarlıq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu