27 C
Baku
26 İyul 2025, 7:36
Baş xəbərİdman

Bafetimbi Qomis Yaponiyaya transfer olundu

Bugun.tv xəbər verir ki, Yaponiyanın J1 Liqa komandalarından olan “Kawasaki Frontale”, “Qalatasaray”la müqaviləsi başa çatan fransalı hücumçu Bafetimbi Qomis ilə müqavilə bağladıqlarını açıqlayıb.

Oyunçu yapon komandasında müqavilə müddəti və təfərrüatlar barədə heç bir məlumat paylaşmayıb. Klub Qomisin qeydiyyatdan sonra oynaya biləcəyi deyib.

Müqavilə imzalandıqdan sonra Qomis, “”Kawasaki Frontale” ailəsinin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Ümid edirəm ki, birlikdə gözəl vaxt keçirə, sizin üçün çoxlu qollar vura və bir çox çempionluqlar qazana biləcəyəm”, – deyə bildrib.

Ötən mövsüm “Qalatasaray”la Super Liqada çempionluğun dadını çıxaran Qomis 2022-2023 mövsümündə sarı-qırmızılı komanda ilə 28 matçda 10 qol vurmaqla uğurunu göstərib.

Teymur Əziz

Oxşar xəbərlər

Nəsimi seçiciləri YAP-ın namizədinə səs verəcək – FOTO

Aynur Camal

ChatGPT artıq kompüterlərdən də danışa biləcək

Aynur Camal

Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu