21 C
Baku
27 İyun 2025, 22:23
Baş xəbərDünya

Bağdadda PUA hücumu nəticəsində 3 hərbçi həlak oldu

Bağdadın şərqində pilotsuz uçan aparatın hücumu nəticəsində üç hərbçi öldürülüb, beşi isə yaralanıb.

Bugun.tv xəbər verir ki, bu barədə Sinxua agentliyi İraq Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Hücum günorta saatlarında baş verib. Həmçinin iki avtomobil sıradan çıxıb və hərbi qərargahın infrastrukturuna ziyan dəyib.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin hərbi sözçüsü Yəhya Rəsul bildirib ki, “bu, açıq-aşkar hücumdur, İraqın suverenliyi və təhlükəsizliyinin kobud şəkildə pozulmasıdır”.

İntizar Əmirova

Oxşar xəbərlər

Fransa Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırmaq istədi

Aynur Camal

Çexiyanın yeni prezidenti Kiyevə getməyi planlaşdırır

Nigar Məmmədova

İlham Əliyev Füzuli şəhərində inzibati binanın təməlini qoyub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu