14 C
Baku
13 Mart 2025, 13:16
Baş xəbərDünya

Bahalaşan dərmanı ala bilməyən gənc dünyasını dəyişdi

ABŞ-ın Viskonsin ştatında qiyməti bir dəfəyə təqribən 500 dollar artan astma dərmanını ala bilməyərək dünyasını dəyişən Koul Şmidtknextin ailəsi istehsalçı və dərmanın satıldığı aptekə qarşı iddia qaldırıb. Shanon və William Schmidtknecht cütlüyü, 22 yaşlı oğulları Cole Schmidtknecht’in qiyməti artmış astma dərmanı ala bilmədiyi üçün öldüyünü iddia etdi.

Schmidtknecht cütlüyü, övladlarının ölümünə astma dərmanının qiymətinin 66 dollardan 539 dollara qaldırılmasının səbəb olduğunu əsas gətirərək istehsalçıya və dərmanı satan aptekə qarşı iddia qaldırıb.

İş materiallarında astma xəstəsi Koul Şmidtknextin 10 ilə yaxındır istifadə etdiyi “Advair Diskus” dərmanını almaq üçün 10 yanvar 2024-cü il tarixində aptekə getdiyi və qiyməti təxminən 500 dollara qalxdıqdan sonra daha ucuz dərmana üstünlük verdiyi göstərilib.

Dosyedə ucuz dərmandan istifadə edən Koul Şmidtknextin vəziyyətinin pisləşdiyi və 2024-cü il yanvarın 21-də aparıldığı xəstəxanada dünyasını dəyişdiyi qeyd olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Azərpoçt” yeni poçt markası dövriyyəyə buraxıb

Aynur Camal

İraqın şimalında keçirilən hava əməliyyatı ilə 10 PKK terrorçusu zərərsizləşdirildi

Aynur Camal

Kənan Qubadzadə: “Narkomaniya hüquqi cəhətdən cinayət, tibbi cəhətdən isə sağlamlığa zərərdir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu