Bugun.tv xəbər verir ki, son zamanlar yaranan bahalaşma bazarda tələbin təklifdən çox olması ilə bağlıdır. Sosioloq Elçin Bayramlı qiymət artımının səbəbini açıqlayıb.
“Bu süni bahalaşma deyil, tamamilə təbii bahalaşmadır. Çünki, istehsalçıların da xərcləri artıb. Bir müddət əvvəl işığın, suyun, qazın və digər məsələlərdə qiymət artdığına görə, normal olaraq təsirlər də çoxalıb. Tutaq ki, istehsalçılar daha öncə 10 kiloqram məhsul satıb qarşılığında 1 məhsul alırdısa, indi həmin məhsulu 20 kiloqram qarşılığında ala bilir. Onun üçün də qiyməti 2 qat qaldırmaq məcburiyyətində olurlar. Əgər istehsal olunan məhsul tələbi qarşılaya bilmirsə təbii ki, qiymət qalxacaq. Amma bazarda həddindən çox məhsul olduqda o zaman rəqabət gedir və qiymətlər düşür”, – E.Bayramlı bildirib.
Sonda sosioloq yerli istehsalın və xaricdən gələn məhsulun azaldığını nəzərə alaraq bazarda tələbin qarşılana bilmədiyini də vurğulayıb.
Müxbir: İntizar Əmirova
