33 C
Baku
20 İyul 2025, 18:52
Baş xəbərSosial

Bahalaşmanın əsas səbəbi nədir?- SOSİOLOQ DANIŞDI

Bugun.tv xəbər verir ki, son zamanlar yaranan bahalaşma bazarda tələbin təklifdən çox olması ilə bağlıdır. Sosioloq Elçin Bayramlı qiymət artımının səbəbini açıqlayıb.

“Bu süni bahalaşma deyil, tamamilə təbii bahalaşmadır. Çünki, istehsalçıların da xərcləri artıb. Bir müddət əvvəl işığın, suyun, qazın və digər məsələlərdə qiymət artdığına görə, normal olaraq təsirlər də çoxalıb. Tutaq ki, istehsalçılar daha öncə 10 kiloqram məhsul satıb qarşılığında 1 məhsul alırdısa, indi həmin məhsulu 20 kiloqram qarşılığında ala bilir. Onun üçün də qiyməti 2 qat qaldırmaq məcburiyyətində olurlar. Əgər istehsal olunan məhsul tələbi qarşılaya bilmirsə  təbii ki, qiymət qalxacaq. Amma bazarda həddindən çox məhsul olduqda o zaman rəqabət gedir və qiymətlər düşür”, – E.Bayramlı bildirib.

Sonda sosioloq yerli istehsalın və xaricdən gələn məhsulun azaldığını nəzərə alaraq bazarda tələbin qarşılana bilmədiyini də vurğulayıb.

Müxbir: İntizar Əmirova

 

Bugün TV

Oxşar xəbərlər

UNESCO İcraiyyə Şurasının 215-ci sessiyasında tarixi qərar qəbul edilib

Aynur Camal

Güclü küləkdə ağac yıxılaraq polis idarəsinin üzərinə aşdı

İntizar Əmirova

Dəhşətli meşə yanğını! 13 ev yandı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu