29 C
Baku
28 İyun 2025, 18:14
Mədəniyyət

Bahəddin Həzi gənc yazarın əsərinə münasibət bildirdi

Tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi gənc yazar İlahə Səfərzadə haqqında öz fikirlərini bölüşüb “Əslində azadlıq hər istədiyini etmək deyil, istəmədiyini etməməkdir”…

Sədaqətlə xəyanətin, şübhə ilə gerçəyin, işıqla qaranlığın, zalımla məsumun, ağılla məkrin, həyat eşqi ilə ölüm qorxusunun… qarşı-qarşıya gəlib toqquşduğu hər anın rəsmi! İlahə Səfərzadənin “Gerçəyin izində” kitabını belə səciyyələndirərdim. Romanı maraqla oxudum.

Əsərdə cismani və mənəvi azadlığın və kölələyin sərhədləri elə tez-tez dəyişir, kəsişir, qarışır ki. Əslində azad gördüyümüz insanların qula çevrildiyinin və ya kölə bildiklərimizin azadlığa canatımının bədii sözün gücü ilə canlandırılmış şəklinə baxdım bu romanda.

Bu postun girişindəki fikir romandandır və romanın ana xəttidir.

Əsərin baş qəhrəmanı Səma deyir ki, “səni ən xoşbəxt edən şey bir müddətdən sonra adiləşir, dəyərini itirir”. Ancaq bu əsərdə tərənnüm edilən nəsnə – ruhumuzun azadlığı heç vaxt dəyərini itirmir.

Oxşar xəbərlər

Özbəkistan arxivində Şah İsmayıl Xətayinin divanı aşkarlanıb

Aynur Camal

Park Cinema-dan 50% ENDİRİM

Aynur Camal

Məşhur aktrisa vəfat etdi

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu