19 C
Baku
8 Sentyabr 2024, 3:35
Baş xəbərTexnologiya

Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonun stendləri artıq hazırdı

Bugun.tv xəbər verir ki, 2-6 oktyabrda keçiriləcək 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonunda 33 ölkədən 140-dan çox şirkətin stendi artıq quraşdırılıb.

Bu barədə “Azərkosmos”un Bakı Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi məkana mediatur zamanı Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos”un İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova bildirib.

Belə ki, oktyabrın 2-dən etibarən sərgi pavilyonu qeydiyyatdan keçən iştirakçılar üçün açıq olacaq.

“Bu sərgi pavilyonu yeni biznes imkanlarına yol açacaq, burada çoxsaylı əməkdaşlıqlar və tərəfdaşlıqlar qurulacağına əminəm. Bura həm dövlət, həm özəl, həm də startap şirkətlərin əlaqələr qurması üçün əvəzsiz imkanlar yaradacaq bir platformadır”, – deyə F.Behbudova vurğulayıb.

Mediatur zamanı Bakı Konqresində 250-dən çox media nümayəndəsinin qeydiyyatdan keçdiyini diqqətə çatdıran Fidan Behbudova bildirib ki, media iştirakçılarının 60-dan çoxu xarici KİV-lərdir.

“Azərkosmos” nümayəndəsi bildirib ki, ümumilikdə tədbirə 33 şirkət sponsor qismində dəstək göstərir.

Mənbə:Azərtac

Bugün TV

Oxşar xəbərlər

Fatmayı kəndində dəhşətli qətl hadisəsi baş verdi

Kəmalə Sultan

Kim Çen In müharibəyə hazırlaşır!

Aynur Camal

“Moskva ilə koordinasiyanı gücləndirmək niyyətindəyik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu