6 C
Baku
18 Fevral 2026, 3:27
Digər

Bakı D-8 Gənclər Dialoquna ev sahibliyi edir

Bildiyimiz kimi Bakı şəhərində keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Dialoqu 6 dekabr 2025-ci ildə rəsmi olaraq start götürüb və tədbir 9 dekabradək davam edəcək.

Bugun.tv– xəbər verir ki, Bakının ilk dəfə olaraq D-8 çərçivəsində gənclər dialoquna ev sahibliyi etməsi ilə əlamətdardır. Üzv dövlətlərin nümayəndələri, beynəlxalq ekspertlər və gənclər təşkilatlarının təmsilçiləri forumda geniş şəkildə iştirak edir.

Forumun açılışından etibarən urbanizasiya, davamlı şəhərləşmə, innovasiya mühiti, gənclərin məşğulluq imkanları kimi mövzularda panel müzakirələri aparılır. Mütəxəssislər gənclərin qlobal proseslərdə, xüsusilə də şəhər inkişafında və yeni texnologiyaların tətbiqində daha fəal rol almasının vacibliyini vurğulayırlar.

Bu gün tarixində iştirakçıları media və kommunikasiya, iqlim dəyişikliklərinə gənclərin adaptasiyası, şəhər nəqliyyatında davamlı modellər, həmçinin regional əməkdaşlıq üzrə sessiyalar gözləyir. Forum çərçivəsində, həmçinin Bakı şəhərində D-8 təşkilatının iqlim, media və nəqliyyat üzrə üç yeni mərkəzinin yaradılacağı açıqlanıb. Bu mərkəzlər üzv ölkələr arasında praktiki əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirməyi hədəfləyir.

Aynur Camal

Oxşar xəbərlər

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu