Baş xəbər

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırıq

Bugün.tv xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üç bəyanatında qeyd olunan bütün razılaşmaların icra olunmasının alternativsizliyini təsdiq etdik. Hansı ki, bura praktiki olaraq regionda postmünaqişə nizamlanmasının bütün aspektləri aiddir. Cənubi Qafqaz regionunda bütün kommunikasiyaların və iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun işindən məmnunluq ifadə etdik. Onlar iyunun 3-də Moskvada, iki həftə sonra isə Peterburq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər. Son təmaslar dəmir yol və avtomobil yolu marşrutu ilə bağlı tərəflərin mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşmağa imkan verib”, – Lavrov vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Sonun başlanğıcı (fəlsəfi esse)

Kəmalə Sultan

Güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı durmadan artr

Aynur Camal

9-cu Kazan Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Sahibkarlıq Forumu keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu