7 C
Baku
21 Dekabr 2025, 13:20
Baş xəbərMədəniyyət

Bakı Kitab Mərkəzində Gülər Coşqunsoyun Prezidentə həsr olunmuş kitablarının təqdimatı keçirilib

Bugun.tv– xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzində yazıçı Gülər Coşqunsoyun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş “Milli Xilaskar” və Azərbaycan milli qəhrəmanlarına, şəhid general Polad Həşimova ithaf edilən “Ulu Röya Yolunda” kitablarının təqdimatı və imza günü keçirilib.

  Tədbir Türk Dünyası Qadınlar Komitəsinin təşkilatçılığı ilə, Komitənin təsisçisi və rəhbəri Dilbər Coşqunsoy və Milli.az saytının redaktoru Xəyal Abdullayevin birgə təşkilatçılığı ilə baş tutub.

 Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

  Tədbirdə Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər səsləndirilib, onun müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki tarixi rolu xüsusi vurğulanıb.

  Tədbirin aparıcısı Dilbər Coşqunsoy müəllifin yaradıcılığı və təqdim olunan kitablar haqqında qısa məlumat verib. Daha sonra Gülər Coşqunsoy çıxış edərək əsərlərin yazılma məqsədi, ideya-məzmun yükü və daşıdığı vətənpərvərlik ruhu barədə danışıb.

 “ULU RÖYADAN DOĞULAN ZƏFƏR – MİLLİ XİLASKARA ƏBƏDİ İTHAF” adı altında keçirilən ədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin media müşaviri Cihangir İşbilir, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin fəxri başqanı Cəmal Yangın, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Vətən Müharibəsi Fondunun rəhbəri Şəfa Mövsümov, Bugun.tv rəhbəri Elnarə Dərziyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şaiq Səfərov, Vətən müharibəsi qazisi, baş leytenant Rafiq Rəhimli, STMEGI Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun direktor köməkçisi Fuad Xaymov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi nümayəndəsi Elçin Cəfərov, sənətşünas Vasif Ayan, palitoloq Ülkər Coşqunsoy, pedaqoq Dilara Cəbraylova, “Aqad Silver” təbii daşlar şirkətinin direktoru Aslan Abbaszadə, xeyriyyəçi Arzu Fərəcova, Savat Federasiyasının mətbuat katibi Fidan Oruc Əliyeva, “Nərgiz Med” Klinikasının rəhbəri Məlahət Qəhrəmanova, siyasi şərhçi İlyas Hüseynov, Bakı Bİznes Universiteti müəllimi Reyhan Dadaşova təşkilatçı Ellada Əmiraslanova, media nümayəndələri, digər dövlət qurumlarının təmsilçiləri, ictimai birlik və icmaların üzvləri, eləcə də ziyalılar iştirak ediblər.

  Çıxış edən qonaqlar müəllifin yaradıcılığını yüksək qiymətləndirərək, bu əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildiriblər.

  Tədbirin bədii hissəsində Gülər Coşqunsoyun əsərlərindən parçalar səsləndirilib, müəllifin şeirlərindən birinə bəstələnmiş mahnı təqdim olunub. Eyni zamanda Vətən müharibəsi iştirakçısı Tural Süleymanov tarda “Xudayar təsnifi”ni ifa edərək iştirakçılara duyğulu anlar yaşadıb.

  Sonda müəllif oxucular üçün kitablarını imzalayıb, xatirə şəkilləri çəkdirilib. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Aynur Camal

Oxşar xəbərlər

NASA: Günəşdə daha bir partlayış baş verdi

Aynur Camal

“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi baş tutdu

Aynur Camal

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin tarixi məlum olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu