17 C
Baku
27 Oktyabr 2025, 2:41
Hadisə

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər öldü -YENİLƏNİB

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürücü Atayev Elçin Arif oğlu xəstəxanaya yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  bildirilib ki, Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib:

“1992-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili Tibbi Yardım Bölməsində davam etdirilir. Vəziyyəti orta ağırdır”.

***

Bugun.tv xəbər verir ki, Bakı-Quba yolunun 98-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. Mersedes Vita markalı avtomobillə tır toqquşub. İkin məlumata görə, ölənlər və yaralılar var. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.
Nigar Məmmədova

Oxşar xəbərlər

İki avtomobil toqquşdu: 1 nəfər öldü, 5 nəfər yaralandı

Bugün TV

Yol qəzası: 5 ölü, 1-i ağır yaralandı

Bugün TV

Mübahisə etdiyi şəxsi silahla vurdu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu