14 C
Baku
22 Noyabr 2024, 3:34
Baş xəbərSosial

“Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsi uğurla başa çatıb

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müssabiqəsi” çərçivəsində “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin bağlanış mərasimi 53 nömrəli məktəbdə baş tutub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi , ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Tədbir layihə rəhbəri Bakı şəhəri Yasamal rayon, 53 №-li tam orta məktəbin direktoru Tünzalə Zeynalovanın çıxışı ilə başladılıb.

Tədbirdə 18, 52, 31, 60 nömrəli məktəblərin direktorları və Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin Təqiqat və İnnovasiyalar sektorunun müdirinin səlahətlərini icra edən Vüsalə Əliyeva və ETM nin əməkdaşı Günel Əhmədova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələrinin sektorunun müdiri Günay Qurbanova iştirak ediblər.

Qeyd edək ki, layihə “Azərbaycan İncəsənət Məktəbi”, “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyinin təşkilatı dəstəyilə Bakı şəhəri Yasamal rayonu 53 №-li tam orta məktəbi tərəfindən icra olunub.

İcra müddəti 6 ayı əhatə edən layihənin məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsinə xidmət edir.

Layihə çərçivəsində Bakı şəhər Təhsil İdarəsinin 18, 31, 52, 53 və 60 №-li məktəblərindən 30 şagird 4 ay boyunca layihə çərçivəsində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak ediblər. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişaf etdirilməsinə, onlar tərəfindən tamaşalar, maarifləndirici sosial video çarxların hazırlanmasına şərait yaradılıb.

Dərnək iştirakçıları tərəfindən hazırlanan Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” və Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşaları qeyd olunan məktəblərin digər şagirdlər üçün nümayiş olunaraq layihənin bağlanışı baş tutub.

Məlumat üçün qeyd edək ki, ictimaiyyətin layihənin icrası və nəticələri ilə bağlı məlumatları yaxından izləməsi üçün layihənin facebookinstagram sosial platformaları üzərində səhifəsi yaradılıb.

Aynur Camal

Oxşar xəbərlər

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib

Bugün TV

Avtoxuliqanlıq edən sürücü barəsində tədbir görüldü

Kəmalə Sultan

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu