Baş xəbərSosial

Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir

Bugun.tv xəbər verir ki, Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağı təşkil edilir.

Bu barədə “Report”a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Şəfa verən Quliyevlər nəsli: Ata və qızının həkimlik missiyası

Elnarə Dərziyeva

Cəmi 15 dəqiqə idman beyində mühüm dəyişiklik yaradır

Aynur Camal

AY YOLA qrupu dünya musiqi səhnəsində səs saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu