19 C
Baku
8 Sentyabr 2024, 3:58
Baş xəbərKriminal

Paytaxtda külli miqdarda narkotik və psixotrop maddə gətirmək istəyən İran vətəndaşı saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən İran vətəndaşı Lavi Sefidgari Mohammad Ələt-Astara avtomobil yolunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılıb.

Onun idarə etdiyi avtomobilə baxış zamanı 4 kiloqram narkotik vasitə tiryək və 1 kiloqram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitəni satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığını alıb.

Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdikləri digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər Gəncə şəhər sakini İsmayıl Quliyev saxlanılıb. Ondan ümumilikdə 6 kiloqram, o cümlədə 4 kiloqram heroin və 2 kiloqrama yaxın meteamfetamin aşkarlanıb.

Biləsuvar RPŞ əməkdaşları tərəfindən son 1 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər saxlanılaraq istintaqa cəlb olunub. Rayon ərazisində cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 105 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bundan əlavə, Şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində ayrı-ayrı rayon sakinindən 21 ədəd müvafiq sənədləri olmayan odlu silah aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdrilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Vinq Çun Federasiyasının üzvü Negin Mustafayeva: “Bütün qızlar özünümüdafiəni bilməlidirlər”

İntizar Əmirova

Ölkənin tanınmış baş redaktorları Elşən Gəncəvinin namizədliyini dəstəkləyir – MÜSAHİBƏLƏR (FOTOLAR)

Aynur Camal

Tanınmış jurnalist Azərbaycan Fotoqrafları Birliyinə üzv edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu