Baş xəbərSiyasət

“Bakı-Tehran əlaqələrinin inkişafı baxımından yeni bir səhifə açılacaq”

“İranla bizi təkcə yaxın qonşuluq münasibətləri deyil, eyni zamanda dərin tarixi köklər bağlayır. Bu ölkədə bizim 40 milyona yaxın soydaşımız yaşayır. Sevindirici haldır ki, İranın yeni prezidenti Mesud Pezeşkian da mənşəcə türkdür və bu baxımdan onun Azərbaycanla münasibətləri inkişaf etdirilməsinə xüsusu maraq göstərməsi anlaşılandır. Hesab edirəm ki, İran prezidentinin Azərbaycana səfəri səfəri Bakı-Tehran əlaqələrinin inkişafı baxımından yeni bir səhifə açacaq”.

Bu fikirləri Bugun.tv -yə Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan hər zaman öz yaxın qonşuları, regiona və dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığa maraq gösrtərib, bu prinsipə sadiq qalıb:

“Lakin təəssüflər olsun ki, biz eyni münasibəti heç də bütün qonşularımızdan görməmişik. İkinci Qarabağ Müharibəsi zamanı İran ərazisindən keçməklə Ermənistana silah çatdırılması, müharibədən sonrakı dövrdə bu ölkədəki səfirlyimizə edilən terror hücumu, ərazilərimizin erməni işğalından azad edilməsindən sonra sərhəddə əzəli nümayişinə hesablanmış təlimlər yaxın tariximizin agrılı hadisələridir”.

Deputat qeyd edib ki, artıq cənub qonşumuz Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqları və ölkəmizin Cənubi Qafqazdakı yerini, rolunu qəbul etməkdədir:

“Bu gün Azərbaycan artıq regional müstəvidən çıxaraq qlobal bir gücə, oyunçuya çevrilməkdədir. Bir müddət əvvəl Bakıda Türkiyə və İsrail görüşünün keçirilməsi, yaxın illərdə Azərbaycanın Amerika və Rusiyanın hərbi dairələrinin müzakirəsinə çevrilməsi, ən son dövlət başçımızın dünya nəhəngi hesab edilən Çinə dövlət səfəri bütün bunları təsdiqləyir. Odur ki, İran da bütün bunları görərək Azərbaycanla münasibətləri daha da dərinləşdirməyi hədəfləyir”.

İlham Məmmədov hesab edir ki, gərgin qlobal və regional proseslər, eləcə də okeanın o tayından və İsraildən təzyiqlərin artması fonunda Tehranın Bakı ilə yaxınlaşması zəruridir.

Mənbə:  Süleyman-Newscenter.Az

Aynur Camal

Oxşar xəbərlər

Daşqınlar nəticəsində ölənlərin sayı 10-a yüksəldi

Bugün TV

Silahlı hücumu nəticəsində 4 təhlükəsizlik əməkdaşı öldürüldü

Kəmalə Sultan

Gürcüstan parlamentinin sədri ermənistana səfər etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu